IMG-20181027-WA0057

Azərbaycan Dillər Universitetində ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının cari il üçün növbəti iclası baş tutub.
İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ənvər İsmayılzadə iştirak edib. İclasda üzvləşmə prosesinin gücləndirilməsi prosesindən, yaranan problemlərdən danışılıb. Həmçinin, Mətbuat, İnsan resursları və ATK departamentlərinin vacibliyi haqqında müzakirələr aparılıb. TGT-lərlə iş departamentinin daxilində olan struktur dəyişiklikləri barədə məlumat verilib. Öz növbələrinə TGT sədrləri də ay ərzində göstərdikləri fəaliyyət, keçirilən layihələr haqqında məlumat verib.
Daha sonra “Ayın TGT”–si müəyyən olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatları “Ayın TGT”-si seçilib. ADNSU-nun sədr müavini Rəsul Səlimzadə və BHK-nın sədri Şəfiqə Hənifəyeva mükafatı qəbul edib.