3H1A1315

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Tələbə Kartının təqdimatı keçirilib.
Görüşdə ATGTİ-nin İnformasiya Texnologiyaları və “Azərbaycan Tələbə Kartı” ilə iş departamentinin direktoru Xanım Paşayeva və TGT sədri İlahə Həsənova çıxış edib.
Xanım Paşayeva tələbələrə ATGTİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən və keçirilən irimiqyaslı layihələrdən danışıb. Qeyd edib ki, tələbələr bu layihələrdə iştirak edərək dünyagörüşlərini artıra, universitet dövrlərini daha səmərəli keçirə bilərlər. Həmçinin, ATGTİ-nin tarixi, strukturu barədə məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bizə qoşularaq ilk təcrübəsinə başlaya bilərlər.
Azərbaycan Tələbə Kartının tələbələrə təklif etdiyi güzəştlər haqqında məlumat verən Xanım Paşayeva bildirib ki, tələbələr bu güzəştlərdən istifadə edərək müxtəlif məkanlarda endirimlərdən yararlana bilərlər.
İlahə Həsənova çıxışında TGT-nin fəaliyyətindən, universitetdə keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, tələbələr bu layihələrə qoşularaq daha səmərəli şəkildə tələbəlik illəri keçirə, müxtəlif yerli və beynəlxalq tədbirlərə iştirak edə bilərlər.