Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinə start verilib. Tədbir layihə ekspertləri və könüllüləri arasında tanışlıqla başlayıb.

Görüşdə ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak ediblər. AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirakçıları salamlayıb və layihənin məqsədini açıqlayıb. Daha sonra sosioloq Hüseyn İbrahimov çıxış edərək layihə haqqında ətraflı məlumat verib. Sonda ekspertlər tələbələrin suallarını cavablandırıblar.

Bildirək ki, layihə Azərbaycanın 4 regionunda və Bakı şəhərində keçiriləcək. Layihə müddətində seminarlar təşkil olunacaq, könüllülər sorğular keçirəcək. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.