amk

Bakı Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının (#BHKTGT) I kurs tələbələri ilə görüşü baş tutub. Tədbirin açılışı TGT-nin sədr müavini Rəhimova Ümidə etdi. O, təşkilatın yaranması və faydaları haqqında danışdı. Daha sonra Nərimanov Rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Teymur Mustafayev çıxış edərək  Bakı Humanitar Kollecinin Gənclər və İdman idarəsi ilə olan  əməkdaşlıqdan məmnun olduğunu bildirdi. Daha sonra təşkilatın sədri Şəfiqə Hənifəyeva çıxış edərək Tələbə Gənclər Təşkilatının ötən il ərzində gördüyü işlər və qazandıqları uğurlar haqqında  tələbələrə ətraflı məlumat verdi. Sonda Kollecin Tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov çıxış edərək I kurs tələbələrini fəal olmağa, asudə vaxtlarının səmərəli keçirərək TGT-yə qoşulmağa dəvət etdi. Həmçinin, təşkilatın  fəaliyyətindən məmnunluğunu dilə gətirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında TGT-nin təşkilatçılığı ilə “5 Oktyabr Müəllimlər Günü”nə həsr olunmuş intellektual yarış keçirilib. 70-ə yaxın tələbə və 13 komandanın iştirak etdiyi yarışda birinci yeri  20 oktyabr komandası, ikinci yeri Angels və üçüncü yeri isə Partizan komandası tutmuşdur.

Bakı Avrasiya Universitetin Tələbə Gənclər Təşkilatının (#BAAUTGT) təşkilatçılığı ilə təşkilatın bir qrup üzvləri 1 oktyabr Ahıllar günü münasibəti ilə qocalar evinə səfər ediblər. Qocaları öz bayramları günü tək qoymayan tələbələr onlara öz nəvələri kimi qayğılarını əsirgəmədilər.

Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatı (#AMKTGT) 1-ci kurs tələbələrlə ilə növbəti görüşünü keçirib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyətin gənc varisləri” layihəsinin məqsəd və prioritet istiqamətləri müzakirə edilib.

Sonda xatirə şəkli çəkdirilib.