ADİU-da Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş musiqili konsert proqramı keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi, Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatı və Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş musiqili konsert proqramı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açılış üçün söz universitetin iqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyevə verilib, daha sonra #ATGTİ-nin departament rəhbəri Ramiz Məhərrəmov çıxış edib. Əməkdar müəllim, professor Əlican Babayev H.Əliyev haqqında xatirələrini gənclərlə bölüşüb və tədbirdə iştirak edən Milli məclisin deputatı şöhrət ordenli Xanhüseyn Kazımlı öz çıxışında ulu öndərin bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də xidmətlərinin əvəzsiz olduğunu söyləyib.

Milli Konservatoriyanın tələbələrindən ibarət ansamblın müşayəti ilə gənc xanəndə və vokalistlərin ifasında musiqilər səsləndirilib.

FOTOLAR