ATGTİ-nin icraçı direktoru Budva şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib

Avropa Şurasının və Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) birgə təşkilatçılığı ilə Monteneqronun Budva şəhərində beynəlxalq tədbir keçirilib. 22-24 aprel tarixlərində “Gənclər siyasətində uğurlu təcrübələrə doğru” adı altında keçirilən beynəlxalq tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) beynəlxalq işlər üzrə icraçı direktoru Faiq Məmmədov iştirak edib. Tədbirdə Avropa Gənclər Kartının gənclər üçün sosial şəraitlərinin yaradılmasında rolu haqqında, həmçinin, gənclərin işlə təmin olunması və sosial problemlərin həlli istiqamətində müzakirələr aparılmışdır. Keçirilən tədbirdə ATGTİ-nin icraçı direktoru F.Məmmədov çıxış edərək ölkədə keçirilən gənclər siyasəti və təşkilatın fəaliyyəti barədə ətraflı danışıb.

Keçirilən tədbirdə Avropa Şurası və Avropa Gənclər Kartı Assosiasiyasına daxil olan 25-dən çox ölkənin gənclər sahəsində işləyən 60-a yaxın nümayəndələri iştirak edib.

FOTOLAR