Caharşah yaradıcılıq mərkəzində Azərbaycanda idman palitrası adlı rəsm sərgisi keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan  Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının (ADRA TGT) birgə təşkilatçılığı ilə “Caharşah” yaradıcılıq mərkəzində “Azərbaycanda idman palitrası” adlı rəsm sərgisi keçirilib.

Sərgidən öncə ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev çıxış edərək ittifaq  tərəfindən bu kimi layihələrin keçirilməsindən ətraflı bəhs edib. Daha sonra isə çıxış edən ADRA TGT-nin sədri Fidan İmranlı sərginin əhəmiyyətindən danışıb və gələn bütün qonaqları sərgi ilə tanış olmağa dəvət edib.

FOTOLAR