Azərbaycan Tələbə Kartının mobil tətbiqetməsi istifadəyə verildi

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi istifadəyə verilib.

İstifadəyə verilmiş mobil tətbiqetmə vasitəsi ilə Azərbaycan Tələbə Kartı istifadəçiləri mobil tətbiqetmə üçün istifadəçi adı kimi şəxsiyyət vəsiqəsinin nömrəsini, şifrə olaraq isə fərdi identifikasiya nömrəsini (FİN kodla) daxil edə bilərlər. Tələbələr tətbiqetmə vasitəsilə Azərbaycan Tələbə Kartı haqqında ətraflı məlumat əldə edib, kartın istifadə qaydaları ilə tanış ola bilərlər.

Tələbələr, daha rahat şəkildə endirim əldə edə biləcəkləri məkanların siyahısını, orada mövcud olan endirim faizlərini öyrənib, xəritə vasitəsi ilə istədikləri məkana marşurutu seçə bilər və yaxın ərazidə endirim faizləri barədə məlumat ala bilərlər.

Mobil tətbiqetmə vasitəsi ilə istifadəcilər SMS-lə Azərbaycan Tələbə Kartına yeni qoşulmuş məkanlar haqqında yenilənmiş məlumatları və hansı məkanlarda bu və ya digər günlərdə aksiyalar və daha çox endirimlər təklif olunduğunu oyrənə biləcəklər.

Azərbaycan Tələbə Kartı sahibinə Avropanın 37 ölkəsində aşağıdakı istiqamətlər üzrə 80.000-dən artıq, ölkəmizdə 300-dən artıq obyektlərdə 5%-dən-55%-dək endirimlər təklif edilir:

-səyahət zamanı: otellər və hostellər, ekskursiyalar və turlar
-mağazalar: kitab, idman, paltar və digər
-iaşə obyektləri: restoranlar və kafelər
-xidmətlər: sığorta, abunə servisi, bələdçi