ATGTİ-də İş Çərçivəsi layihəsi yekunlaşıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən gənclər üçün həyata keçirilən “İş Çərçivəsi” adlı layihə başa çatıb. Layihə Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin əsasları və bu qanunvericiliyə uyğun olaraq müəssisədə çalışan işçilərin işə qəbul və işdən azad olunması, iş və istirahət vaxtı, əməyinin ödənilməsi, işçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər, işəgötürənin dövlət qurumları ilə qarşılıqlı münasibətləri mövzularında altı sessiyadan ibarət təlim proqramını əhatə edib.

Layihə çərçivəsində 2018-ci ilin fevral və mart aylarında Gilan Holdinq baş ofisinin İnsan Resursları departamentinin əməkdaşı Cəmil Hüseynov və “Gilan İndustrial Group” MMC-nin İnsan resursları üzrə aparıcı mütəxəssisi Səbinə Mustafayeva tərəfindən iştirakçılara qeyd olunan mövzularla bağlı təqdimat, müzakirə, praktiki qrup çalışması və fərdi tapşırıq metodları ilə 18 saatlıq təlim kursu keçirilmiş, iştirakçıların qazandıqları biliklər sessiya imtahanları və yekun imtahan keçirilməklə 100 ballıq sistem üzrə qiymətləndirilmişdir. 1 aprel tarixində ATGTİ-nin ofisində keçirilən mükafatlandırılma mərasimində imtahanlar, qrup işləri və fərdi tapşırıqları yerinə yetirərək qazandıqları bal əsasında onlara kursda iştirak sertifikatı, kursu uğurla və müvəffəqiyyətlə bitirmə haqqında diplomlar təqdim olunmuşdur.

Qeyd edək ki, həyata keçirilən layihənin əsas məqsədi işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsi qaydaları barədə gənclərin məlumatlandırılması və İnsan Resurslarının idarə olunması sahəsində karyera qurmaq istəyən gənclərə insan resursları əməliyyatlarının qanuni çərçivələri üzrə baza biliklərinin qazandırılmasıdır.

VİDEO