Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının nümayəndələri ATGTİ-nin qonağı olub

28-30 mart tarixlərində ölkəmizdə keçirilən “BLİC Sodrujestvo” seminarının nümayəndələri Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının (ATGTİ) qonağı olub.

Görüşdə ATGTİ-nin təşkilati məsələlər üzrə icraçı direktoru Nurxan Babayev, Rusiya Federasiyasının Prezidenti yanında Beynəlxalq əlaqələr üzrə əməkdaşı, “Gənc siyasətçi məktəbi”-nin rəhbəri Andrey Xudoleyev, Tatarıstan Respublikasının İctimai palatasının əməkdaşı Timur Kadırov və “Dostluq” Beynəlxalq Gənclər Təşkilatının direktorunun səlahiyyətlərini icra edən Ruslan Pliyev iştirak edib.
Tədbirdə gənclər sahəsində beynəlxalq əməkdaşlıq, Azərbaycan və Rusiya gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi haqqında danışılıb. Gənclər ekspertlərə onları maraqlandıran suallar ilə müraciət edib və görüş müzakirə ilə davam edib. Tədbirin sonunda və “Dostluq” Beynəlxalq Gənclər Təşkilatının direktorunun səlahiyyətlərini icra edən Ruslan Pliyev ATGTİ-nin icraçı direktoru Nurxan Babayevə “Təşəkkürnamə” ilə təltif edib.

Sonda qonaqlar ATGTİ-nin ofisini ziyarət edib və gənclərlə xatirə fotosu çəkiblər.