Yubiley Liderlik layihəsi iştirakçılarının təltifolunma mərasimi keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 5-11 fevral tarixində Mingəçevir şəhərində keçirilən ənənəvi Liderlik Məktəbi layihəsinin təltifolunma mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və nazirliyin əməkdaşı Elnur Abdullayev iştirak edib. İlk öncə çıxış edən Ş.İsmayılov Mingəçevir şəhərində keçirilən “Yubiley Liderlik” layihəsi barədə məlumat verib, iştirakçıların peşəkarlar tərəfindən vaxtın idarə olunması, liderlik və təşkilati quruculuq, komanda işinin təşkili mövzularında müxtəlif təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Nazir müavini İ.Babayev gənclərin bu kimi layihələrdə iştirakının hər zaman dəstəkləndiyini və nazirlik tərəfindən bu kimi layihələrin yüksək qiymətləndirildiyini bildirib. Sonda isə iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.

 

FOTOLAR