Yaddan çıxmaz Qarabağ! Hər şey Qarabağ üçün adlı marifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  “Virtual Qarabağ” İKT Mərkəzi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaddan çıxmaz Qarabağ! Hər şey Qarabağ üçün” adlı marifləndirici tədbir keçirilib.

Tədbir Nizami Kino Mərkəzində baş tutub. Gənclər və İdman Nazirliyin sektor müdiri Əli Məmmədov, “Virtual Qarabağ” İKT mərkəzinin sədri Nürəddin Mehdiyev, paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev və ATGTİ-nin sədr müşaviri Hüseyn Babayevin qonaq qismində iştirak etdikləri tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhundan danışılıb və xalqın mənəvi-psixoloji əhval-ruhiyyəsi isə işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam yaratdığından söz açılıb. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 

FOTOLAR