Türk kimdir? Türk siyasi kimliyinin sosial formalaşması seminarı keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “ADA” Universiteti Magistr Tələbə Hökümətinin birgə təşkilatçılığı ilə “ADA” Universitetinin İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin professoru, siyasi elmlər üzrə mütəxəssis Dr.Ferit Murat Özkaleli tərəfindən “Türk Kimdir? Türk siyasi kimliyinin sosial formalaşması” mövzusunda tələbə və gənclər üçün master-klass keçirilib.

20 fevral tarixində “ADA” Universitetində keçirilən seminarda ümumilikdə Bakı və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin 400-ə yaxın tələbəsi iştirak edib. Keçirilən seminarda gəncləri maraqlandıran mövzular ətrafında çıxışlar edilib və iştirakçıların sualları cavablandırılıb.