ADPU TGT-nin təşkilatçılığı ilə “Bir olaq, həmrəy olaq!” tədbiri keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı və Bakı şəhərində yerləşən universitetlərin əməkdaşlığı ilə “31 dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Bir olaq, həmrəy olaq!” adlı tədbir keçirilib.

Tədbirdə universitetin rektoru professor Cəfər Cəfərov, prorektorlar, həmçinin, universitetin və digər universitetlərin müəllim və tələbə heyəti iştirak ediblər. Tədbirdə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın ifasında Müslüm Moqomayevin “Azərbaycan” musiqisi səsləndirilib. Daha sonra universitet tələbələrinin ifasında “Turac” və “Sarı gəlin” rəqsləri ifa olunub, eyni zamanda məktəbli Nəzrin Cavadlının ifasında “Avar” rəqsi nümayiş edilib.

Sonda universitetin Tərbiyə işlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək universitetə təşrif buyurmuş qonaqları salamladı və tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, hər bir azərbaycanlını qarşıdan gələn bayram münasibətilə təbrik etmişdir. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) icraçı direktoru Nurxan Babayev çıxış edərək ADPU TGT-nin hər zaman fərqləndiyini, ölkənin ən güclü 3 universitetindən biri olduğunu vurğuladı və tələbələrə uğurlar arzudı.