“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qaliblərinin adları açıqlandı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və PAŞA Bankın birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qaliblərinin adları açıqlandı.

Nəzərinizə çatdıraq ki, təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli və ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri – dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.

Layihədə yalnız Respublikanın ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s.) üzrə təhsil alan bakalavr pilləsinin III və IV kurs tələbələri iştirak ediblər.

Lahiyədə qaliblərin təyin edilməsi üçün ilk öncə müraciət edən tələbələrin anket formasında qeyd etdikləri motivasiya ilə tanış olunmuşdur. Motivasiya hissəsini kifayət qədər dolğun yazan tələbələrin esselərinə baxılaraq plagiyarizmdən keçirilmiş və müsahibəyə dəvət edilmişdirlər.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 20 tələbəyə 1 il müddətində hər ay 145 AZN məbləğində təqaüd veriləcək.

 

1. Adıgözəlov Toğrul Tərlan oğlu

2. Ağazadə Riyad Nemət oğlu

3. Allahverdiyev Elçin Elşən oğlu

4. Allahverdiyev Surxay Əsədulla oğlu

5. Bəydəmirov Məmmədağa İlham oğlu

6. Camalova Nərmin Çingiz qızı

7. Əhmədli Nəzrin Elxan qızı

8. Əlizadə Orxan Tələt oğlu

9. Həsənli Səidə Faris qızı

10. Həsənov Toğrul Əyyub oğlu

11. Həsənzadə Mirəli Mirhəsən oğlu

12. Əliyev İsmayıl Polad oğlu

13. Məmmədov Eldost Elbrus oğlu

14. Müslümzadə Nicat Amil oğlu

15. Əliyeva Nərmin Rövşən qızı

16. Əsədzadə Nigar Elxan qızı

17. Rzayev Elvin Elçin oğlu

18. Rzayeva Gülnar Bəxtiyar qızı

19. Səlimova Şəbnəm Rauf qızı

20. Vəlizadə Pakizə Fəramiz qızı