ADPU TGT-nin təşkilatçılığı ilə Baba Vəziroğlunun “Məndən bir də olmayacaq!” adlı yaradıcılıq günü keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Gənclər Təşkilatı Filologiya fakültəsi və ADPU TGT nəzdində fəaliyyət göstərən “Kitab klubu”nun birgə təşəbbüsü ilə ilə misraları həm dillərdə, həm mahılarda yaşayan əməkdar incəsənət xadimi – Baba Vəziroğlunun “Məndən bir də olmayacaq!” adlı  yaradıcılıq günü keçirilib.

İlk öncə söz universitetin Filologiya fakültəsinin dekanı Buludxan Xəlilova verilib. Dekan Baba Vəziroğlunun həyat və yaradıcılığından danışaraq gənclərin şeirə, poeziyaya marağından söz açıb.

Daha sonra universitetin tələbələri tərəfindən Baba Vəziroğlunun “İlahi”, “Unut görüm”, “Ayrılıq”, “Bağışlaram səni”, “Sənsiz keçən günlərim”  şeirləri səsləndirilib və şeirlərinə həsr olunmuş “Nigaranam”, “Dəniz”, “Xatirədir” mahnıları ifa edildi.

Bundan sonra Baba Vəziroğlu səhnəyə çıxıb və öz şeirlərindən bir neçəsini səsləndirib. Sonda isə müəllifi Baba Vəziroğlu olan “Vətən” şeirinə həsr olunana eyni adlı musiqi ifa edilib.