ATGTİ-nin təşkilatçılığı ilə Gənclər evlərində Ulu Öndər Heydər Əliyev anılıb

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən bir sıra Gənclər evlərində silsilə olaraq Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib. Sabunçu, Qaradağ, Binəqədi və Suraxanı rayon Gənclər evlərində baş tutan tədbirlərdə gənclər, idman, elm, təhsil və bir sıra müxtəlif mövzular ətrafında diskussiyalar keçirilib.

Diskussiyalarda iştirak edən qonaqlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin ölkə rəhbəri, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etməsindən bəhs edib. Həmçinin, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar keçiriləcək tədbirlərdən danışılıb və gənclərin fikirləri dinlənilib. Keçirilən diskussiyalarda tədbirin qonaqları ilə yanaşı, iştirakçı gənclərin fikirləri də dinlənilib.

Binəqədi rayon Gənclər Evi

Sabunçu rayon Gənclər Evi

Suraxanı rayon Gənclər Evi

Qaradağ rayon Gənclər evi