Hindistanın Azərbaycandakı səfiri ATGTİ-də gənclərlə görüşüb

ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə keçirilən “#SəfirləSiz” layihəsi çərçivəsində ittifaqın növbəti qonağı Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana olub. ATGTİ-nin qərargahında keçirilən görüşdə səfirə təşkilat barədə məlumat verilib, təşkilatın tələbələrin ictimai fəaliyyətindəki rolu, elmi-ictimai həyatda qazandırdığı təcrübələrində göstərdiyi başlıca istiqamətlərindən bəhs edilib. Daha sonra çıxış edən səfir S.Rana tələbələrin bu təşkilatda bir araya gələrək öz ideyalarını, layihələrini həyata keçirməsini yüksək qiymətləndirib.

Daha sonra gənclərlə görüşən səfir Sanjay Rana Hindistan haqqında məlumat gəncləri geniş məlumatlandırıb. Ölkənin adət-ənənələri, milli mətbəxi, paxtaxt Yeni Delhi şəhəri haqqında gənclərə ətraflı məlumat verən səfir Hindistan və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərdən də söhbət açıb.

Sonda səfir ATGTİ-nin xatirə dəftərində öz ürək sözlərini qeyd edib və tələbələrlə xatirə şəkli çəkdirib.

FOTOLAR