ATGTİ-də 3 ölkə arasında telekörpü baş tutub

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Azərbaycan, Rusiya və Qazaxıstan müxtəlif gənclər təşkiltları ilə 3 tərəfli telekörpü baş tutub. Telekörpüdə hər 3 ölkədə gənclər sahəsində həyata keçirilən layihələr barədə danışılıb.

Rusiya və Qazaxıstan gəncləri ölkədə gənclər sahəsində olan təcrübələr barədə danışıb. Həmçinin, azərbaycanlı gənclər də respublikada həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat verib, ATGTİ-nin həyata keçirdiyi irimiqyaslı tədbirlərdən, ölkədə gənclər sahəsində keçirilən yerli və Beynəlxalq tədbirlərdən danışıb. Ölkələr arasında gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlıqları barədə ətraflı bəhs edilib.

FOTOLAR