Dünəndən bu günə musiqimiz adlı tədbir baş tutub

Gənclər və İdman Nazirliyinin (ARGİN) dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfindən Sabunçu rayon Gənclər Evində “Dünəndən bu günə musiqimiz” adlı tədbir baş tutub.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Sabunçu rayon Gənclər evinin direktor müavini Elçin Osmanova çıxış edib. Çıxış zamanı E.Osmanov Gənclər evi haqqında ümumi məlumat verib və gəncləri bir yerə toplayan bu evin hər zaman gənclərin layihələri dəstəklədiyini bildirib. Daha sonra çıxış edən ATGTİ-nin departament rəhbəri Hüseyn Babayev Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihə barədə ətraflı məlumat verib. H.Bayave Nazirliyin dəstəyi və ittifaqın da təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif layihələrin həyata keçirildiyi bildirib.

Layihədə “Star” rəqs qrupunun çıxışında “Naz eləmə”, “Sarı Gəlin”, “Nassa”, “Azərbaycanlıyıq” və müxtəlif rəqsləri nümayiş etdirib. Daha sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında xalq mahnılarını səsləndirilib.