İndoneziyanın Azərbaycandakı səfiri ATGTİ-də olub

İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə keçirilən “SəfirləSiz” layihəsi çərçivəsində təşkilatın qonağı olub. ATGTİ-nin qərargahında keçirilən görüşdə səfirə təşkilat barədə məlumat verilib, təşkilatın tələbələrin həyatında qazandırdığı təcrübə, onların ictimai və elmi fəaliyyətlərinin artırılmasında təşkilatın göstərdiyi istiqamətlərindən bəhs edilib. Daha sonra çıxış edən səfir H.Fananie bildirib ki, əsasən tələbələri əhatə edən bir təşkilat kimi bu kimi böyük işlərin görülməsi təqdirəlayiqdir.

Tələbələrin hər zaman diqqət mərkəzində olduğu və ölkənin gələcək əsas aparıcı qüvvələri olacağını xüsusi vurğulayan səfir, gənclər ilə görüş üçün dəvət edildiyi üçün ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılova təşəkkür edib. Qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.

Daha sonra gənclərlə görüşən səfir İndoneziya haqqında məlumat verilib. Ölkənin adət-ənənələri, milli mətbəxi, İndoneziyanın paxtaxtı haqqında gənclərə ətraflı danışan səfir H.Fananie İndoneziya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərdən söhbət açıb.

Görüşdə tələbələrə uğurlu diplomat olmanın sirləri, diplomatiyanın çətinlikləri və Azərbaycan – İndoneziya əlaqələrindən bəhs edən səfir, tələbələrin suallarını cavablandırıb və sonda onlarla xatirə şəkli çəkdirib.

FOTOLAR