ADİU TGT-nin fəal tələbələri təltif edilib

Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatının (ADİU TGT) idarəetmə şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı təşkilatın tələbələrin təhsil aldığı müddətdə asudə vaxtlarının düzgün dəyərləndirilməsi, elmi və ictimai fəaliyyətlərinin rolundan bəhs edilib.

Daha sonra noyabr və dekabr ayları üçün nəzərdə tutulan layihələr təqdim olunub və tələbələr arasında müzakirə edilib. Bütün bunlarla yanaşı tələbələrin hansı layihələrə olan tədbirlərə daha çox maraq göstərdikləri ilə bağlı fikirlər dinlənilib, onların təklif etdikləri layihələr müzakirə edilib.

Sonda isə universitetdə Tələbə Gənclər Təşkilatının layihələrində yaxından iştirak edən və aktiv fəaliyyət göstərən tələbələr təşəkkürnamə və fəxri fərmanla təltif olunublar.

 

FOTOLAR