Əməkdar artist və telejurnalist Nərgiz Cəlilova və teleaparıcı Azər Süleymanlı ATGTİ-nin qonağı olub

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində fəaliyyət göstərən Jurnalistika işçi qrupunun təşəbbüsü ilə “Keçmişdən gələcəyə doğru” adlı seminar keçirilib. Seminarda işçi qrupunun rəhbəri Almaz Əliyeva qonaqları və seminar iştirakçılarını salamlayıb. Seminarın qonaqları Azərbaycan Televiziyasının uğurlu simalarından olan əməkdar artist, telejurnalist Nərgiz Cəlilova və teleaparıcı Azər Süleymanlı olub.

Bir-birindən maraqlı mövzular ətrafında aparılan diskussiyalar tələbələrin sualları və müzakirələri ilə davam edib. Seminar jurnalistikaya marağı olan gənclər üçün həm çox faydalı, həm də çox əyləncəli keçib. Qonaqlarımız gənclərlə öz həyat təcrübələrini, xatirələrini və dəyərli məsləhətlərini bölüşüblər.

FOTOLAR