Firdovsi Umudov və Hacı Əliyev ATGTİ-nin qonağı olub

ATGTİ-nin nəzdində fəaliyyət göstərən İdman işçi qrupunun təşəbbüsü ilə “Şöhrət” ordenli əməkdar məşqçi, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov və ikiqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev gənclərlə görüşüb.

Görüşdə giriş sözü ilə başlayan Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov qonaqlarımızı və görüş iştirakçılarını salamlayıb. Ş.İsmayılov Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi barədə danışıb.

Daha sonra sözü qonaqlarımıza və görüş iştirakçılarına verən Şahin İsmayılov, gənclərimizi onları maraqlandıran suallar ünvanlamağa səsləyib. Görüş zamanı öz fəaliyyəti, sənətə gəlməsi barədə gənclərə ətraflı bəhs edən qonaqlar, gənclərlə sıx dialoqda olub. Gənclər onları maraqlandıran sualları qonaqlara ünvanlayıb və sonda xatirə şəkli çəkdirilib.

FOTOLAR