Gənclərin motivasiya problemi adlı seminar keçirilib

ATGTİ-nin nəzdində fəaliyyət göstərən Psixologiya işçi qrupunun təşəbbüsü ilə “Gənclərin motivasiya problemi” adlı seminar keçirildi. Seminarda Psixologiya işçi qrupunun rəhbəri Xara Babayeva seminar iştirakçılarına qonağı təqdim edib. Seminarın qonağı psixoloq Təhminə Çələbi gənclərin motivasiya problemlərindən və bu problemlərin yaranma səbəblərindən danışaraq bu mövzuda dəyərli fikirlərini gənclərlə bölüşüb. Həmçinin, ona ünvanlanan sualları səmimi şəkildə cavablandıran qonaq bu görüşdən məmnunluğunu bildirib.

Seminar gənclərin Təhminə Çələbi ilə xatirə şəkli çəkdirməsi ilə sonlanıb.