Belarus Dövlət Universitetinin Tələbə Məclisi və ATGTİ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

27-30 sentyabr tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində “M.İ.R – bizim gələcəyimiz” II Beynəlxalq Forumu keçirilib. Forumda Azərbaycan, Almaniya, Rusiya, Slovakiya, Ukrayna və Latviyadan olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

3 gün davam edən forum çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Nurxan Babayev Azərbaycan nümayəndə heyəti kimi iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələrin gənclər təşkilatlarının təqdimatları keçirilib. Forumun rəsmi açılış mərasimindən sonra Belarus Dövlət Universitetinin Tələbə Məclisi və ATGTİ arasında qaşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səfər çərçivəsində, həmçinin forum iştirakçılarını üçün mədəni proqramlar nümayiş olunub.