ATGTİ nümayəndələri Caspian 2017 Beynəlxalq Gənclər Sammitində iştirak edib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Hafiz Məmmədov, Ramin Talıblı, Həşim Mehdiyev Mahaçqala şəhərində keçirilən “Caspian-2017″ Beynəlxalq Gənclər Sammitində iştirak edib.

22-26 avqust tarixlərində keçirilən sammitdə Rusiya Federasiyasının 30 regionunun və Xəzəryanı ölkələrin gənclər birliklərinin nümayəndələri iştirak edib. “Caspian-2017″ Beynəlxalq Gənclər Sammiti Rusiya Federasiyası regionlarının və Xəzəryanı ölkələrin gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlıqlarının artırılması və gənclərlə işləmək üçün yeni modellərin hazırlanması, qarşılıqlı layihələrin keçirilməsi məqsədilə keçirilən sosial və təhsil layihəsidir.

Qeyd edək ki, sammit iştirakçılarına nümayəndə heyəti tərəfindən ATGTİ haqqında geniş məlumat verilib, keçirilən layihələrdən videoçarxlar göstərilib, təşkilatın fəaliyyəti, gördüyü işlər, keçirilən böyük layihələrdən danışılıb. Təqdimat zamanı ATGTİ-nin fəaliyyəti dövründə 600-dən çox irimiqyaslı yerli və beynəlxalq layihələr reallaşdırdığı qeyd olunub.

FOTO