X Liderlik məktəbi layihəsi iştirakçılarının Şahin İsmayılov ilə müsahibəsi

Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov ilə “Qış Liderlik məktəbi” layihəsi iştirakçılarının müsahibəsi:

 

-       Liderlik məktəbi haqqında fikirlərnizi bölüşərdiniz

-       Liderlik məktəbi bizim ittifaqın ən uğurlu layihələrindən biridir.  Bizim ittifaqın ilk layihələrindəndir. Liderlik məktəbi uğurlu liderlər yetişdirib. İnanıram ki, siz də o liderlərdən olacaqsınız. Böyük ATGTİ ailəmizə də lider olaraq qoşulacağınızı ümid edirəm.

 

-       Təlimlərdən hansı gözləntiləriniz var?

-       Tələbələrlə münasibətdə hər zaman “ata və oğul” mübahisəsi yaranır. Amma mən belə düşünmürəm, indiki tələbələr əvvəlkilərdən daha yaxşıdır.  Çünki yeniliklərə daha çox uyğunlaşırlar. Bu səbəbdən bizim sizdən gözləntilərimiz çoxdur. Sizdən öz qabiliyyətlərinizi, bacarıqlarınızı bu təlimlərdə göstərməyinizi istəyirik.

 

-       Niyə məhz liderlik?

-       Bütün çətin məsələləri əksər hallarda liderlər həll edir. Ona görə ki, sizin gələcəkdə çalışmaq istədiyiniz sahədə hər zaman çətinliklər olacaq. Bu çətinliklərdən xilas olmağın ən perspektiv yolu lider kimi qərar qəbul etməkdir. Liderlik məktəbində bir çox sahəni təmsil edən gənclər var ki, onlar öz sahələrinin lideri olacaqlar.

 

-       Nəyə görə liderlik məktəbinə yalnız 1 və 2-ci kurs bakalavr təhsili alan tələbələr cəlb olunub?

-       Bu sual bizə çox ünvanlanır. Bizim hədəfimiz bir gəncin formalaşması və yeni mühitə uyğunlaşmasıdır. Birinci və ikinci kurslar isə daha həvəsli olurlar. Onların qarşısına yeni planlar qoyanda düzgün istiqamətləndirəndə daha uğurlu olurlar. Həm müddət, həm də hədəf baxımından bu qərarı vermişik. Təşkilatımızın da gələcəyini düşünürük. Siz bizim gələcək kadrlarımızsınız. Yalnız bu layihə ərzində deyil, layihədən sonra da gözləntilərimiz çoxdur.

 

-       Qalib komandanı hansı mükafat gözləyir?

-       Təbii ki, mükafat gözlənilir. Amma bunun nə olduğunu söyləməyəcəyik. Düşünürəm ki, desəm haradasa ədalətsizlik olar. “iPhone X” olmasa da (gülümsəyərək) xoş  xatirə olacaq bir hədiyyə düşünmüşük.

 

-       Təşəkkür edirik

-       Mən də sizə təşəkkür edirəm.

 

“X Liderlik məktəbi – Mingəçevir” layihəsinin “Qurtuluş” komandasının iştirakçıları:
Aida Ramiz, Ümüd Orucov