Şahin İsmayilov: “Qış sessiyasında bütün tələbələrə müvəffəqiyyətlər arzulayıram!”

Azərbarbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıın (ATGTİ) sədri, millət vəkili Şahin İsmayilov ölkə başçısı İlham Əliyevin tələbə və şagirdlərin təqüdlərinin artırılması haqqında Sərəncamını şərh edərək bildirdi ki, “Azərbaycanda tələbələrin sosial vəziyyəti daima diqqət mərkəzindədir”.

Bu gün dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan stabil iqtisadiyyat modeli üzrə inkişafını davam etdirir. Hər bir ölkənin gələcəyi də onun təhsilli tələbələrindən ibarət olduğu üçün onların stimullaşdırılması da çox mühümdür.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan tələbələrinin təhsil prosesini dəstəkləmək üçün ölkə rəhbərliyi davamlı addımlar artır. O, yada saldı ki, tələbələrin təqaüdləri 2015-ci ildə də arıtırlılmışdı.

Bunun nəticəsi olaraq tələbələr dərs prosesinə daha yaxşı qoşulacaq, indidən özünə mühüm olan istiqamətləri müəyyənləşdirə biləcək – deyə Şahin İsmayilov bildirdi.

Hər zaman tələbələrin inkişafına öz töhfəsini verən ATGTİ cənab Prezidentin bu addımını yüksək qiymətləndirir.