Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) necə üzv olmaq olar?

ATGTİ-ə üzv olmaq üçün təhsil aldığınız ali və orta ixtisas təhsilli müəsisənin TGT-sinə üzv olmağınız kifayətdir.

Liderlik məktəbləri harada keçirilir?

Liderlik məktəbləri Azərbaycanın regionlarında həyata keçirilir.

Liderlik məktəbində necə iştirak eləmək olar?

Atgti.az saytında olan qeydiyyat anketini doldurub, müsahibədən uğurla keçdikdən sonar Liderlik məktəbində iştirak edə bilərsiniz.

Təlimlər, layihələr haqqında məlumatları necə əldə eləmək olar?

Atgti.az saytında və facebook, twitter, instagram kimi sosial şəbəkələrdəki paylaşımlardan bütün məlumatları əldə edə bilərsiniz.

Könüllü kimi necə fəaliyyət götərmək olar?

ATGTİ könüllü kimi fəaliyyət göstərmək üçün vakansiyalar elan edir, vakansiyalara qeydiyyatdan keçib, müsahibədən uğurla keçdikdən sora könüllü kimi fəalliyyət göstərə bilərsiniz.

Könüllü kimi çalışmaq nələr qazandırır?

Könüllülük təcrübə qazandırır, bacarıqlarını inkişaf elətdirməkdə kömək edir, şəbəkəni genişləndirir, özünə inam yaradır.

“Univiziya” Tələbə Mahnı Müsabiqəsidə kimlər iştirak edə bilər?

Musiqi sahəsi üzrə təhsil almayan tələbələr iştirak edə bilər. Ali və ya orta ixtisas təhsilli müəsisələrinin daxili seçim mərhələsindən seçilmiş bir tələbə iştirak edə bilir.

“Gəzən kitabxana” necə fəaliyyət göstərir?

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi və 10 min elektron kitab toplanıb. O, Azərbaycanın bütün rayonlarını gəzərək kitabxana kimi fəaliyyət göstərir.

ATGTİ hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir?

ATGTİ UNDP, ESU, European Youth Cart, İFESCCO kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Vakansiyalar nə vaxt olur?

Vakansiyaların vaxtları barədə məlumatı rəsmi saytımızı və sosial şəbəkələrdəki rəsmi hesablarımızı izləyərək əldə edə bilərsiniz.

Liderlik məktəbində neçə tələbə iştirak edir?

Layihədə 100 nəfərdən çox tələbə iştirak edir.

House of İnformation Tecnologies (HİT) harada yerləşir?

HİT ATGTİ-nin qərargahında yerləşir.

HİT-in fəaliyyət məqsədləri nədir?

Gəncləri informasiya texnologiyaları sahəsində məlumatlandıraraq, onların biliklərini artırmaq, müasir dövrdə informasiya texnologiyaları sahəsində olan son nailliyyətlər hanqqında məlumatlar vermək.

Yaşayan tarix layihəsinin məqsədi nədir?

Layihənin keçirilməsində əsas məqsəd gənclərin müharibə veteranlarına olan diqqətini göstərmək, eləcə də gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsidir.

ATGTİ hansı olimpiadaları həyata keçirmişdir?

ATGTİ hüquq, məntiq,ingilis dili, İKT,siyasi biliklər,təbiət elmləri, tarix, coğrafiya üzrə olimpiadalar həyata keçirmişdir.

İxtisasa uyğun olmayan olimpialarda da iştirak eləmək olarmı?

Bəli, olar.

Beynəlxalq univisionda hansı ölkələr istirak edir?

Müsabiqədə Avropa, Asiya və Amerika qitələrində yerləşən 30-a yaxın ölkənin təmsilçiləri iştirak edir.

Tələblər xarici səfərlərdə iştiak edə bilərlərmi?

Bəli, ATGTİ yanlız 2013-cü il ərzində 103 fəalını 28 xarici səfərə göndərmişdir.

Tələbə kartını necə əldə eləmək olar?

Təhsil aldığınız ali və orta ixtisas təhsilli müəsisənin TGT-sindən əldə edə bilərsiniz.

Tələbə kartını harada istifadə etmək olar?

Azərbaycan Tələbə Kartı əldə edərkən siz həmçinin Azərbaycan üzrə endirim şəbəkəsinin qeyd olunduğu kataloqları da əldə edəcəksiniz ki, burden bütün məlumatlar qeyd olunub.

TTP –nin məqsədi nədir?

Tələbələrin təhsil müəssisəsini bitirdikdən sonra işlə təmin olunması imkanlarını artırmaq, Tələbələrin müvafiq ixtisasları üzrə tələbə olduqları dövrdə təcrübə əldə etməsinə imkan yaratmaq, Müəssisələr üçün kefiyyətli kadrları hazırlamaq, Tələbələr üçün müxtəlif növ təqaüd proqramlarının elan edilməsi üçün çalışmaqdır.

Könüllülük pasportu nədir?

Bu passport gənclərimizə gələcək kariyeralarını qurarkən əlavə CV xarakteri daşıyır.

Tələbə xəritəsinin məqsədi nədir?

Tələbələrin ehtiyacı olduğu obyektlərin rahatılıqla tapılmasına xidmət edir.

Sosial şəbəkələrdə ATGTİ-nin rəsmi ünvanı necədir?

Facebook sosial şəbəkəsində qrup: http://www.facebook.com/groups/atgti.asyou

Səhifə: http://www.facebook.com/atgti

Twitterdə : @atgti

Instagramda : atgti_asyou

ATGTİ fəaliyyətini regioinlarda da həyata keçirirmi?

Azərbaycan Respublikasının 105 ali və orta ixtisas təhsili müəssisəsinin Tələbə Gənclər Təşkilatını (TGT) özündə birləşdirən ən böyük tələbə təşkilatıdır. Bu sıraya həm paytaxt, həm də regionların ali və orta ixtisas təhsili müəssisələrinin TGT-ləri daxildir.