“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qaliblərinin adları açıqlandı

Əziz tələbələr!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı PAŞA Bankla birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin növbəti mərhələsinə start verilir.

Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gənclərin lider kimi inkişafını möhkəmləndirməkdən ibarətdir.
Layihədə yalnız Azərbaycan ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s.) üzrə təhsil alan bakalavr pilləsinin III və IV kurs tələbələri iştirak edə bilərlər.
Layihədə iştirak etmək istəyən tələbələr, aşağıda qeyd olunan üç mövzudan birinin ətrafında araşdırma xarakterli esse* yazmalı və anket formasını doldurmalıdırlar. İkinci mərhələdə isə iştirakçılar müsahibədən keçməlidirlər.

- Perspectives of social entrepreneurship in Azerbaijan
– Digital banking in Azerbaijan: challenges and perspectives
– Perspectives of non-oil economy in Azerbaijan

Müraciət forması: QEYDİYYAT

Son müraciət tarixi: 16 noyabr 2018-ci il

Qeyd edək ki, layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 20 tələbəyə 1 il müddətində hər ay 145 AZN məbləğində təqaüd veriləcək.

*QEYD: esselər yalnız ingilis dilində yazılmalıdır və müsahibə mərhələsində ingilis dilində danışmağınız tələb olunacaq.