bahrain_01_wide-edd6396aabeb180ba1317ae9f87fd8ce1982ccdd-s800-c85

Dayanıqlı İnkişaf Məqsədləri (SDGs – Sustainable Development Goals) 2018 üçün birinci Qlobal Gənclər Festivalı həyata keçirəcək. Festival təşkilatçıları 18-29 yaş arası gəncləri planlaşdırılan fəaliyyətlərə qatılmaq üçün dəvət edir. Festival Bəhreyn Krallığının Manama şəhərində baş tutacaq.

Festival aşağıdakı tarixlərdə keçiriləcək:
Gəliş tarixi: 20 Oktyabr 2018
Gediş tarixi: 26 Oktyabr 2018

Bu müraciət forması (application form) festivala qoşulmaq üçün sizə seçim prosesinə daxil olmağa və özünüzü təqdim etməyə imkan verir.

Qeyd edək ki, aşağıdakı xərclər tam ödəniləcəkdir:

1. Uçuş bileti
2. Yerləşdirmə
3. Yemək
4. Tədbirə gediş və gəliş üçün daxili nəqliyyat
5. Hava limanınnan qarşılanma və yola salınma.
6. Viza

Qeyd edək ki, cib xərciniz əhatə olunmayacaq və iştirakçı öz xərcləri üçün özü məsuliyyət daşıyır.

Xəbərdarlıq: Xahiş edirik seçki prosesinin Bəhreyn Gənclər və İdman Nazirliyi meyarlarına və seçmə prosesinə əsaslanacağını unutmayın. Bu seçim prosesinin bir hissəsi kimi yuxarıda göstərilən xərclərin ödənilməsi üçün seçilməmisinizsə, bir tək təyyarə biletini özünüz alaraq festivala yenədə qatıla bilərsiniz.

BURADAN müraciət edə bilərsiniz.

Müraciət formasını ingiliscə doldurmağınız vacibdir.