studentaccountsban

Əziz, xaricdə təhsil alan azərbaycanlı tələbələr!

Bildiyiniz kimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkəsini formalaşdırır. Əgər siz də xaricdə təhsil alıb, eyni zamanda vətəninizə xidmət etmək istəyirsinizsə, öz təhsil aldığınız xarici ölkədən bu şəbəkənin fəaliyyətinə qoşula bilərsiniz.
Şəbəkənin fəaliyyətində iştirak edərək, xaricdəki tələbələrimizin birliyini yaratmağa, onların fəaliyyətini dəstəkləməyə yardımçı ola bilərsiniz. Şəbəkənin fəaliyyəti xaricdəki tələbələrimizin təşəbbüslərini dəstəkləməyə, həmyerlilərimizi bir-biri ilə əlaqələndirməyə, ölkə təmsilçiyinə və Azərbaycanın xaricdə təbliğatını dəstəkləməyə fokuslanıb. Azərbaycanın daxili uğurlu siyasətini və onun reallıqlarını xaricdə yüksək səviyyədə təbliğ etmək, Azərbaycandan olan və xaricdə yaşayan hər bir gəncimizin uğurudur. Əgər siz də bu şəbəkənin üzvü olmaq istəyirsinizsə, qeydiyyatdan keçərək bizə qoşulun.
Qeyd edək ki, bu şəbəkədə könüllü fəaliyyətiniz sizə təcrübə, gələcək kariyeranızda uğurlar və yeni əlaqələr qazandıra, eyni zamanda ictimai fəaliyyətdə rolunuzu artıraraq, inkişafınıza yararlı ola bilər.

Vətəndən nə qədər uzaqda olsanız da, onun üçün çalışmağınız, yəqin ki, tələbəlik dönəminin ən qürurverici hissəsi olar.

Qeydiyyatdan BURADA keçə bilərsiniz.