“Milli qurtuluşumuzun banisi” mövzusunda esse müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ATGTİ-nin birgə təşkilatçılığı ilə “Milli qurtuluşumuzun banisi” mövzusunda esse müsabiqəsi keçiriləcək.

Müsabiqəyə aid tələblər:

- Esse 500-1500 söz aralığından ibarət olmalıdır;
- Esse Azərbaycan, Rus və İngilis dilində yazıla bilər;
- Esse göndərilərkən əlaqə vasitələri göstərilməlidir;
- Müsabiqə elan olunduğu gündən əvvəl yazılmış və ya dərc edilmiş esse müsaqibəyə təqdim edilə bilməz.
Məqalələr 14 iyun 2018-ci il tarixinə qədər, həftə içi hər gün saat 10:00-19:00-dək Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisinə təqdim edilməlidir.
Ünvan: 28 may küçəsi, 9/13 (23 nömrəli məktəblə üzbəüz)
Əlaqə: (+994 50) 962-20-00

QEYD: Esseləri həmçinin, info@atgti.az elektron ünvanına göndərə bilərsiniz. (Şrift: Times new roman, Ölçü: 14)