ATGTİ-də Gənc Diplomatlar Məktəbinə start verilir copy

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Gənc Diplomatlar Məktəbi” layihəsinə start verilir. Layihə çərçivəsində iştirak edəcək gənclərə 2 ay müddətində müxtəlif siyasətçilər, diplomatlar tərəfindən dərslər keçiriləcək. Layihənin sonunda iştirakçılara Sertifikatlar təqdim olunacaq. Layihəyə gənclərin seçimi 2 mərhələdə aparılacaq: İlkin qeydiyyat və müsahibə mərhələsi.

Qeyd edək ki, “Gənc Diplomatlar Məktəbi” layihəsində əsasən dil biliyi olan və Beynəlxalq münasibətlər ixtisasında oxuyan tələbələrə üstünlük veriləcək.

Son qeydiyyat tarixi: 15.04.2018

QEYDİYYAT BİTİB