İstedadlı gənclərin estrada, vokal müsabiqəsi öz işinə start verir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının (AMK TGT) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı gənlərin estrada-vokal müsabiqəsi” öz işinə start verir.

Layihənin əsas məqsədi istedadlı gənclərin fəaliyyətini ictimailəşdirmək, təhsil, musiqi və mədəniyyət sahələrində gənclərin böyük nailiyyətlər əldə etməsinə motivasiya olmaq, gənc tələbələrin inkişafına nail olmaq, peşəkar və görkəmli ictimai xadimlərin həvəskar ifaçı gənclərlə inkişafyönümlü mübadiləsinə nail olmaqdır

Qeydiyyat: https://goo.gl/g4gygw

Son qeydiyyat tarixi: 20.04.2018

QEYD: Müsabiqədə peşəkar musiqi təhsili tədris olunan ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilməzlər.