YARAT və ATGTİ-nin birgə təşkilatçılığı ilə “YARAT! Səfirləri” layihəsinə start verilir

“YARAT” Müasir İncəsənət Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı “Yarat! Səfirləri” layihəsinə start verilir.

Layihə çərçivəsində tələbələrdən ibarət Səfirlər YARAT-ın təhsil və ictimai layihələr platformasında öz ideyalarını reallaşdırmaq imkanı qazanacaq, daim YARAT komandası ilə əlaqədə olmaqla təmsil etdikləri məkanın incəsənət ilə maraqlanan insanlarını birləşdirəcək, müxtəlif mədəniyyət və incəsənət məkanlarına xüsusi giriş imkanı əldə edəcək, həmçinin, ən aktiv səfirlər YARAT tərəfindən təşkil olunan qapalı tədbir və mühazirələrə giriş haqqını qazanacaqlar.

Layihə çərçivəsində səfirlərin öhdəliyinə düşən vəzifələr YARAT Müasir İncəsənət Mərkəzinin aylıq tədbirləri, həmçinin, “YARAT! Friends” haqqında məlumatları mütəmadi olaraq sosial şəbəkə hesablarında bölüşmək, keçiriləcək tədbirlər haqqında fərqli ideyalar verməkdən ibarətdir.

Qeyd edək ki, layihə yalnız Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) nəzdində İncəsənət Kollecinin tələbələri iştirak edə bilər. Layihəyə, gələcəkdə digər təhsil müəssisələrin də cəlb olunması nəzərdə tutulur.

Son müraciət tarixi: 12.04.2018

QEYDİYYAT: https://goo.gl/forms/uyCM2fQOe8XRtPNq1