Dr.Ferit Murat Özkalelinin təqdimatında Türk kimdir? Türk siyasi kimliyinin sosial formalaşması seminarı keçiriləcək

Əziz gənclər, “ADA” Univesitetinin Magistr Tələbə Hökuməti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (#ATGTİ) birgə təşkilatçılığı ilə, “ADA” Universitetinin İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin professoru, siyasi elmlər üzrə mütəxəssis Dr.Ferit Murat Özkaleli tərəfindən “Türk kimdir?Türk siyasi kimliyinin sosial formalaşması” mövzusunda tələbə və gənclər üçün master-klass keçiriləcəkdir.

Görüş 20 fevral saat 15:00-da “ADA” Universitetinin böyük zalında baş tutacaq. Seminar Türk dilində olacaq və digər təhsil müəssisələrinin tələbələri də iştirak edə bilər. İştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur.

Son müraciət tarixi: 19 fevral 2018-ci il

Qeydiyyat: https://goo.gl/PtuyuX