“İş Çərçivəsi” layihəsinə start verilir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) əmək münasibətlərinin tənzimlənməsi istiqamətində tələbə-gənclərin məlumatlandırılması və İnsan Resurslarının İdarə Edilməsi sahəsində karyera qurmaq istəyən gənclərə insan resursları əməliyyatlarının qanuni çərçivələri üzrə baza biliklərinin qazandırılması məqsədilə “İş Çərçivəsi” layihəsinə start verir.

Layihə Əmək Qanunvericiliyi və kadr inzibatçılığı sahəsində təlim kursudur və aşağıdakı sessiyaları əhatə edir:
1. İşə Qəbul;
2. İşdən azadetmə;
3. İş və İstirahət vaxtı;
4. Əməyin ödənilməsi;
5. İşçilərin təminatları və təminatların pozulmasına qarşı tədbirlər;
6. Dövlət qurumları ilə müəssisələrin qarşılıqlı münasibətləri.

Ümumilikdə 18 saat davam edəcək sessiyaların 4 fevral 2018-ci il tarixindən etibarən fevral və mart aylarının bazar günləri ATGTİ-nin ofisində keçirilməsi planlaşdırılır.

Kursun tədris metodları aşağıdakılardır:
• Təqdimatlar;
• İnteraktiv müzakirələr;
• Qrup şəklində tapşırıqlar;
• Fərdi tapşırıqlar;
• Keys-tapşırıqlar;
• Test tapşırıqları.

İştirakçıların qiymətləndirilməsi:
• Sessiyalarda iştirak – 5%;
• Qrup işləri – 10%;
• Kiçik Sessiya imtahanları (Quiz) – 15%;
• Fərdi tapşırıqlar – 20%;
• Yekun imtahan – 50%.

İştirakçıların mükafatlandırılması:
Topladıqları ballardan asılı olaraq sessiyaların ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı sertifikatlar təqdim ediləcəkdir:
• 90%-dən yuxarı – Fərqlənmə;
• 75%-89% – Müvəffəqiyyət;
• 50%-74% – Uğurlu iştirak;
• 49%-dən aşağı – İştirak;

Kurs kimlər üçün nəzərdə tutulmuşdur:
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan və insan resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmaq istəyən tələbələr iştirak üçün müraciət edə bilərlər.

Qeyd: İştirakçıların seçimi zamanı sosial elmlər və idarəetmə sahəsində bakalavriat (III və IV, V kurslar) səviyyəsində təhsil alan gənclərə üstünlük verilir.

İştirakçıların müraciəti və seçimi:
Layihəyə müraciət üçün son müraciət tarixinə kimi iştirakçı ərizə formasını doldurmaq tələb olunur. İştirakçılar müraciətçilər arasından tələblərə uyğunluq və motivasiya əsasında seçiləcəkdir. Seçilən iştirakçılar onlarla əlaqə saxlanılmaqla məlumatlandırılacaqdır.

Elektron müraciət forması: https://goo.gl/forms/w2VWwWF8T99M7Ofk1

Son müraciət tarixi: 19 yanvar 2018-ci il