Migəçevirdə keçiriləcək Qış “Liderlik məktəbi”nə qeydiyyat elan olunur

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ənənəvi “Liderlik Məktəbi” layihəsi növbəti dəfə 5-11 fevral tarixlərində Mingəçevir şəhərində Yubiley – “Liderlik məktəbi” adı altında keçiriləcək.

Artıq 10-cu dəfədir ki, keçirilən “Liderlik məktəbi” layihəsində Respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsil müəssisələrinin yalnız I və II kurs bakalavr tələbələri iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyən tələbələr online qeydiyat formasını dolduraraq layihəyə qoşula bilərlər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə bu günə qədər doqquz liderlik məktəbi keçirilmişdir. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, komanda işi, hədəfə çatmaq əzmi kimi keyfiyyətləri aşılayacaq.

Qeydiyat forması: Qeydiyat bitib

QEYD: Layihədə iştirak üçün heç bir ödəniş tələb olunmur.