ATGTİ-nin yaranmasından 8 il keçir

Bu günün tarixi əslində: 20 noyabr 2009 #8yaşlıATGTİ

Tam 8 il öncə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı yəni, ATGTİ yarandı. İttifaqın əsası noyabrın 20-i 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 8 ildir fəaliyyət göstərən və 200.000-ə yaxın tələbəni əhatə edən, 100-ə yaxın Tələbə Gənclər Təşkilatını (TGT) özündə birləşdirən, 35 mindən çox üzvü olan Qafqazın ən böyük tələbə təşkilatı olan ATGTİ 600-dən çox layihə, tədbir, görüşlər keçirib, sorğular reallaşdırıb.

Hazırda fəaliyyətini davam etdirən ATGTİ-də idarə heyəti və nəzarət-təftiş komissiyasından əlavə, tələbə-gənclər üçün əsasən könüllülərin çalışdığı 8 departament, 10 işçi qrupu və mərkəz faəliyyət göstərir. ATGTİ-yə qoşulmaq istəyən hər bir tələbə təşkilatın rəsmi saytından (www.atgti.az) və təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lərdən qeydiyyatdan keçə bilərlər.

∞il tələbələrlə, ∞il tələbələr üçün!