Gənc proqramçılar məktəbi adlı layihə çərçivəsində təlimlər baş tutacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilən “Gənc proqramçılar məktəbi” adlı layihə çərçivəsində təlimlər baş tutacaq.

Layihənin keçirilməsində məqsəd gənclərin proqramlaşdırma sahəsində biliklər əldə etməsinə dəstək vermək, xüsusən də, maddi imkanları aşağı olan gənclərin bu sahədə biliklərini artırmağa şərait yaratmaqdan ibarətdir. Layihənin vəzifələrinə tədris metodikasının uğurla həyata keçirilməsi və daha çox gəncin cəlb olunaraq maarifləndirilməsi aiddir.

Layihə zamanı proqramlaşdırmaya maraq göstərən, həmçinin də yeni başlamış tələbələrin yaranmış suallarına cavab veriləcək və qarşılaşdığı çətinliklərinin həllinə kömək göstəriləcəkdir. Keçirilən layihə çərçivəsində gənc proqramçı olmağın yolları tələbələrə aşılanacaq. Sonda isə təlim kursunu uğurla bitirən tələbələr sertifikatla təltif olunacaqlar.

QEYDİYYAT BİTİB
Son müraciət tarixi:
24 noyabr 2017-ci il