Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təcrübə keçmək imkanına sən də sahib ol

Əziz gənclər!

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində təcrübə proqramına start verilir. BAMF-da təcrübə keçmək imkanı 3 aylıq və müddəti uzadıla bilən ödənişsiz proqramdır.

BAMF haqqında: 1992-ci ildə əsası qoyulan BAMF BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan dünyada 136 beynəlxalq dərəcəli QHT-dən biridir.  BAMF dörd əsas sahədə çalışır: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcmanın inkişafı; Qaçqın və Məcburi Köçkünlərlə bağlı məsələlər; Sülhyaratma və Münaqişələrin həlli. BAMF müntəzəm şəkildə BMT-nin BMTİP, UNICEF, YUNESKO, BMT QAK kimi qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

BAMF-ın BMT-nin Nyu-York və Cenevrədəki baş ofislərində daimi nümayəndələri var. Təşkilatın baş ofisi Bakıda yerləşir. Buna baxmayaraq, Tərtər rayonunda da BAMF-ın Peşə Təlim Mərkəzi var. Fond müxtəlif strukturlarla əməkdaşlıq quraraq müharibədən əziyyət çəkmiş regionlarda bir sıra sosial-iqtisadi, humanitar və təhsil layihələri həyata keçirir.

Təcrübə proqramının məqsədi gəncləri fərdi və peşəkar inkişaf imkanları ilə təmin etməkdir. Bu, peşəkar kadrlarla sıx əməkdaşlıq etmək və müxtəlif sosial fəaliyyətlərdə iştirak etmək üçün unikal şansdır.

Bundan əlavə, onlar Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində fəaliyyət göstərən və 5 dildə yayımlanan aparıcı media strukturlarından olan “Eurasia Diary” beynəlxalq analitik informasiya portalının peşəkar jurnalistləri ilə işləyərkən  jurnalistlika bacarıqlarına yiyələnəcəklər.

 

Tələb olunanlar:

• Tələbə və ya məzun olmaq;

• Yaxşı ünsiyyət qabiliyyəti;

• Tərəfdaşlıq imkanlarını inkişaf etdirmək üçün beynəlxalq təşkilatlarla işləmək qabiliyyəti və güclü motivasiya;

• İngilis və Azərbaycan dillərini mükəmməl bilmək (Rus dilini də bilənlərə üstünlük verilir)

• Kompüter bilikləri: Microsoft Office, İnternet;

• Təzyiq altında işləmək qabiliyyəti, işində məsuliyyətli və şəxsi təşəbbüsü  göstərmək;

 

Qeydiyyat üçün son müraciət tarixi: 15 noyabr 2017-ci il

Qeydiyyat bitib