ATGTİ-nin təşkilatçılığı ilə “Gənc Vikipediyaçılar” layihəsinə start verilir

Əziz gənclər!

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi, “Yaradıcı Gənclər” İctimai Birliyinin tərəfdaşlığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) taşkilatçılığı ilə “Gənc Vikipediyaçılar!” layihəsinə start verilir.

Vikipediya yalnız bilik mənbəyi deyil, həm də nəhəng bir sosial şəbəkədir. Vikipediya dünyada yeni bir cəmiyyətin – viki-cəmiyyətin yaranmasına təkan vermişdir. Bu sosial şəbəkə hazırda dünyada güvənilən əsas informasiya mənbəyi kimi tanınır. 2005-ci ildə aparılan araşdırmalar göstərib ki, bu açıq ensiklopediya təxminən Britannika Ensiklopediyası qədər dəqiqdir. Müəllim və tələbələr, jurnalistlər və bir çox peşə sahibi olan araşdırmaçılar internetdə məlumat axtarışında məhz bu resursa üstünlük verirlər.

“Gənc Vikipediyaçılar” layihəsinin keçirilməsində əsas məqsəd Azərbaycan dilində olan Vikipediyanı qurmaqla yanaşı ingilis, fransız, rus, alman, ispan və digər dillərdə olan məlumatları da əlavə edərək Respublikamızın – onun ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətlərin dünyaya çatdırılması yolunda vacib addımlar atmaqdır.

Odur ki, Respublikamızın zəngin mədəni potensialının, mənəvi irs, mədəniyyət sərvətləri və milli adət-ənənələrimizin dürüst və obyektiv məlumatlarının Vikipediyaya yerləşdirilməsində bizə kömək etmək istəyisiznizsə, sizi bizimlə birlikdə bu komandada işləməyə dəvət edirik. Bunun üçün sadəcə yüksək dil biliklərinə sahib olmaq və Azərbaycanımızı sevmək kifayətdir!

Layihə çərçivəsində gənc vikipediyaçılar üçün müxtəlif istiqamətli təlimlərin keçirilməsi, daha sonra vikipediyada müxtəlif dillərdə Azərbaycanla bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulub.

Diqqət: Elanda istifadə olunmuş müxtəlif məlumatlar “Wikipedia”dan götürülmüşdür.

Qeydiyyat forması: https://goo.gl/A7n4W8